Autizm Spektr Pozuntusu zamanı ətraf mühit faktorlarının rolu
Autizm Spektr pozuntusu zamanı genetik meylliliyin olması autizmin inkişafında əsas faktorlardan biri olsa da, hamiləlik və erkən uşaq yaşlarında ətraf mühit amillərinin rolu da vacib faktorlardan hesab olunur:
• Prenatal faktorlar: ana bətnində infeksiyalar, stress, toksinlərə məruz qalma;
• D vitamini çatışmazlığı xüsusilə hamiləlik və erkən uşaqlıq dövründə;
• Bağırsaq mikrobiotasının rolu ( “bağırsaq-beyin oxu” əlaqəsi);
Son illərdə metagenomika sahəsində aparılan araşdırmalar bağırsaq mikrobiotasının ASP diaqnozlu uşaqlarda fərqli olduğunu göstərir. Bağırsaq florasının tərkibindəki dəyişikliklər neyroinflamasiya və dopamin/serotonin metabolizmasına təsir edərək davranış və sosial ünsiyyət problemlərinə səbəb ola bilər.
ASP-nin diaqnostikası əsasən klinik simptomlara əsaslansa da, müasir diaqnostik və terapevtik yanaşmalar, xüsusilə genetika və neyrobiologiya sahəsindəki inkişaflar daha erkən və dəqiq diaqnoz qoymağa imkan yaradır.
✅ Erkən skrininq və genetik testlər əsasən irsi risk faktorları olan uşaqlarda ASP-nin erkən aşkarlanmasına kömək edir.
✅ Fərdi terapiya yanaşmaları genetik nəticələrə əsasən, bəzi uşaqlara tətbiq oluna bilər.
✅ Beyin stimulyasiyası və neyroterapiya ASP-nin bəzi simptomlarını azaltmağa kömək edir.
✅ Bağırsaq mikrobiotasının tənzimlənməsi, probiotiklər və prebiotiklər əsasında aparılan müalicələr əksər hallarda davranışın yaxşılaşmasına təsir edə bilir.
DeNova Klinikası olaraq, ASP-nin inkişafında rol oynayan genetik və ətraf mühit faktorlarını dəyərləndirərək, pasiyentlərimizə fərdi genetik analizlər, biomarker testləri və bağırsaq mikrobiotasının tədqiqi kimi müasir diaqnostik xidmətlər, dəqiq və effektiv terapiya yanaşmaları təqdim edirik.